Məşhur şouda keçəl "əvəzləyici" ələ salındı VİDEO FOTO


Digərləri 02 İyn 2018 14:24:00 322 0

Məşhur şouda keçəl "əvəzləyici" ələ salındı  VİDEO  FOTO

Britaniyanın və dünyanın ən populyar teleşoularından olan "Britain's Got Talent"in dünən yarımfinal gecəsi keçirilib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, yarımfinala çıxmış iştirakçılar arasında gözbağlayacı Mendi Muden də vardı.

Onun çıxışı başa çatanda insident yaşanıb. Belə ki, əyninə eynən Mendinin paltarını geyinib özünü ona bənzədən dublyor səhnəni qaçaraq tərk edəndə kameralara düşüb.

Keçəl, əlində parik tutmuş dublyorun görüntüləri sosial şəbəkələrdə mem və lağlağı obyektinə çevrilib.