IV Respublika fənn müsabiqələrinə start verilir


Digərləri 02 İyn 2018 13:45:00 259 0

IV Respublika fənn müsabiqələrinə start verilir

İyunun 3-də ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək.

Bakı. İyunun 3-də ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir. IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi paytaxt üzrə 9 mərkəzdə (26, 32, 114, 138, 139,189-190, 211, 271, 276 nömrəli tam orta məktəblər) təşkil olunacaq. Birinci mərhələdə Bakı şəhəri ümumi təhsil müəssisələrindən Azərbaycan bölməsi üzrə 5 571, rus bölməsi üzrə 1 007 nəfər şagird olmaqla, ümumilikdə 6 580 nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulur.