Gürcüstan prezidenti: "TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək"


İqtisadiyyat 02 İyn 2018 11:48:36 353 0

Gürcüstan prezidenti: "TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək"

Bunu Giorgi Marqvelaşvili Türkiyədən olan həmkarı Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığında deyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Gürcüstandan olanhəmkarı Giorgi Marqvelaşvili arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Belə ki, telefon danışığında R.T.Ərdoğan G.Marqvelaşvilini Gürcüstanın müstəqilliyinin 100 illiyi münasibəti ilə təbrik edib və onuTrans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) iyunun 12-də Əskişəhərdə keçiriləcək rəsmi açılış mərasiminə dəvət edib.

Dəvətə görə təşəkkür edənGürcüstan prezidenti vurğulayıb ki, ölkəsinin TANAP layihəsində iştirakı böyük əhəmiyyətə malikdir. Çünki bu kəmər Azərbaycan qazının Türkiyədə, oradan isə Avropaya çatdırılmasına imkan verəcək və qitənin enerji təhlükəsizliyini təmin edəcək.

Sonda liderlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.