"Heç bir qadın kişiyə o sözü deməzdi"


Şou-biznes 02 İyn 2018 11:38:00 262 0

"Heç bir qadın kişiyə o sözü deməzdi"

Gərginliyin günü-gündən artdığı "Maşın" şouda daha bir qalmaqal aparıcılar Mətanət Əliverdiyeva və Aytən Səfərova arasında yaşanıb. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Mətanətin aktyor Cavidan Novruzla Aytən arasında baş verən mübahisəyə qoşulması olub.

Belə ki, nahar vaxtı Cavidanla Aytən mübahisə edib. Səfərova Cavidanı maşın ətrafında etdiyi zarafatlarına görə "Duzsuz" adlandırıb. Daha sonra bir-birini təhqir edən məşhurlar arasına Mətanət girib.

O, aktyora "Əsəbiləşmə, başın xarabdır. O, kimdir ki, ona görə əsəbiləşirsən? O, ömrü boyu.... Onu məndən yaxşı tanıyan yoxdur. O, ağzının danışığını bilmir" deyib.

Əliverdiyevanın bu sözləri Səfərovanı özündən çıxarıb. Canlı yayımda hər iki aparıcı sözləşib.