Bəzi yollarda vəziyyət pisləşdi - Yeni uçqun, sürüşmə hadisələri baş verib


Digərləri 02 İyn 2018 11:33:00 255 0

Bəzi yollarda vəziyyət pisləşdi - Yeni uçqun, sürüşmə hadisələri baş verib

Azərbaycanın bəzi yollarında yenidən yeni uçqun, töküntü və sürüşmə hadisələri qeydə alınıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın bəzi yollarında yenidən yeni uçqun, töküntü və sürüşmə hadisələri qeydə alınıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, Astara rayonunun Kijəbə sürüşmə sahəsində sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb, çatların parametrləri böyüyüb. Astara rayonunun Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-lərində uçqun və sürüşmə sahələrində prosesin dinamikasında aktilik müşahidə edilib, yol boyu bir necə yerdə yeni lokal sürüşmə və oturma prossləri qeydə alınıb. Astara rayonun Motlayataq sürüşmə sahəsində çatların parametrləri böyüyüb. Nazirlik rəsmisi qeyd edib ki, Lerik rayonu Lənkəran-Lerik yolunun 27-29 kilometrliyinin sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin diamikasında atmosfer yağıntılarının təsirindən yolboyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olnub. Avtomobil yolunun hərəkət hissəsində bir necə yerdə çatlar və çökmə-oturma prosesləri müşahidə edilib. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb, yol boyu bir necə yerdə yeni uçqun-töküntü hadisəsi baş verib. Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında nisbi aktivlik olub, bir necə yerdə lokal sahələrdə sürüşmə prosesləri qeydə alınıb. Ə.Qaralov deyib ki, Lənkəran rayonunun Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yolboyu yamacda bir neçə yerdə yeni uçqun, sürüşmə sahəsi müşahidə edilib.