ABŞ BMTnin İsrailin əməllərini pisləyən qətnaməsini rədd etdi


Dünya 02 İyn 2018 10:50:00 239 0

ABŞ BMTnin İsrailin əməllərini pisləyən qətnaməsini rədd etdi

ABŞ BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrailin fələstinlilərə qarşı güc tətbiqini pisləyən Fələstin-İsrail münaqişəsi üzrə qətnamə layihəsinə veto qoyub.

Son.az report-a istinadən xəbər verir ki, TŞ-nin Rusiya da daxil olmaqla 10 üzvü sənədin lehinə, ABŞ isə əleyhinə səs verib. Dörd üzv ölkə bitərəf qalıb.

"Qətnamə layihəsi qəbul olunmadı, çünki TŞ-nin daimi üzvü onun əleyhinə səs verdi", - deyə TŞ-nin sədri, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.