Uran və Azər Axşam qarşıdurması


Şou-biznes 02 İyn 2018 09:50:00 433 0

Uran və Azər Axşam qarşıdurması

"Xanımlar və cənablar - 2" devizi ilə yayımlanan "Maşın" realiti şousunda növbəti səsvermə keçirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, dördüncü gündə qutuya ən çox fotosu atılan şəxs reper Uran olub.

O, "kişi mübarizəsi" olduğunu deyərək səs toplayacağı təqdirdə Azər Axşamı çıxaracağını bildirib.

Şounun gedişi zamanı hər iki şəxsin qarşıdurması kənarda qalıb. Gözlər Mətanət Əliverdiya və Aytən Səfərova arasında olan qalmaqala köklənib. Onlar arasındakı qalmaqala səbəb günorta saatlarında Cavidan Novruz və Aytən Səfərovanın konfilikti zamanı Mətanətin aparıcının arxasınca "O kimdir ki, onun sözünə əsəbiləşirsən. O, danışığını bilmir" sözləri olub.

Səfərova Mətanətə "Sənə ayıb olsun. Sənə görə məni işdən çıxardılar" , - deyə cavab verib.


Xəbərə aid fotolar