Qida Təhlükəsizliyi Agentliyi yoxlamalara başlayacaq


Digərləri 02 İyn 2018 09:02:00 348 0

Qida Təhlükəsizliyi Agentliyi yoxlamalara başlayacaq

Qida Təhlükəsizliyi Agentliyi ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına iyulun 1-dən başlayacaq.

Son.az xəbər verir ki, bu barədə Agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Agentlikdən qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezidentin fərmanı ilə təsdiq edilmiş əsasnamənin 1.1-ci bəndinə əsasən qurum qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir.

Həmçinin fərmana əsasən Agentlik qeyd olunan fəaliyyətlərin icrasına bu il iyulun 1-dən başlayacaq.