Azərbaycana işıq texnikası idxal olunacaq


Digərləri 02 İyn 2018 09:06:00 253 0

Azərbaycana işıq texnikası idxal olunacaq

Bakıda sentyabr ayında Barnaul işıq texnikası zavodunun (Rusiya Federasiyası, Altay diyarı) sərgi pavilyonunun açılışı planlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı razılıq Altay diyarının nümayəndə heyətinin mayın ortalarında Azərbaycana səfəri zamanı zavodun baş direktoru Yevgeni Şnitovla əldə olunub.

Pavilyon Altayda istehsal olunan işıq-diod sistemlərinin potensial istehlakçılara təqdim olunmasına imkan verəcək.