"Canon" plyonkalı fotoaparat istehsalını dayandırdı


Digərləri 02 İyn 2018 08:59:00 367 0

"Canon" plyonkalı fotoaparat istehsalını dayandırdı

"Canon" şirkəti özünün sonuncu EOS-1v markalı pylonkalı fotoaparat istehsalını dayandırır.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Canon" özünün rəsmi saytında məlumat dərc edib.

Faktiki olaraq EOS-1v istehsalını hələ 2010-cu ildə dayandırılıb. Bu günə qədər "Canon" yalnız qalan nüsxələrinin satışını həyata keçirirdi. Ancaq bununla belə, şirkət fotoaparatları 2025-ci ilin oktyabrın 31-nə qədər təmir etdirəcək. 2020-ci ilin 31 oktyabrından sonra isə aparatların sahiblərinə rədd cavabı verə bilərlər - hər şey yerdə qalan ehtiyat hissələrindən asılı olacaq.