Haker virusları "icarəyə" verməklə milyonçu oldu


Digərləri 02 İyn 2018 08:41:00 372 0

Haker virusları "icarəyə" verməklə milyonçu oldu

"Dr. Web" şirkətinin mütəxəssisləri ümumdünya internet şəbəkəsində "Faker" ləqəbli hakeri ifşa ediblər.

Son.az lent.az-a istinadən xəbər verir ki, o, virusları "icarəyə" verməklə auksion ruletlərində qələbəni təmin edən proqram satırmış.

Bundan başqa, "Faker" virusların köməyi ilə "Steam" akkuntlarını oğurlayırmış. Virusların yayılması guya şəbəkə oyunları üçün olan saxta səsli məlumat vasitəsilə reallaşırmış. Bununla da o, istifadəçilərin inamını qazanırmış.