Android yerini yenə qoruyacaq


Digərləri 02 İyn 2018 08:31:00 291 0

Android yerini yenə qoruyacaq

"Android" platforması smartfonlar üçün ən populyar əməliyyat sistemi olaraq qalır. Yaxın illərdə "Google"un platforması liderliyini qoruyub saxlayacaq və bazar payı təxminən 85% təşkil edəcək. Bu haqda "International Data Corporation" (IDC) analitik şirkətinin araşdırmasında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlərin proqnozuna görə, 2018-ci ildə 1,24 milyard "Android" smartfonu çıxarılacaq ki, bu da ötən illə müqayisədə 0,5% azdır. "Android" sistemli qurğuların bazar payı 84,8% təşkil edib, halbuki "iOS" əməliyyat sistemi ilə işləyən "ağıllı" telefonların payı təxminən 15,1%-ə bərabərdir. Gözləntilərə görə, cari ildə "Apple" şirkəti 221,4 milyon telefon tədarük edəcək ki, bu da ötən illə müqayisədə 2.6% çoxdur. Digər platformaların payı yalnız 0,1% təşkil edəcək.   Hesabatda deyilir ki, 2018-2022-ci illərdə "Android" smartfonlarının satış həcmi 2,5% yüksələrək bu müddətin sonuna yaxın 1,4 milyardı ötəcək.