Xiaomi yeni smartfonlarını təqdim etdi


Digərləri 02 İyn 2018 08:11:00 187 0

Xiaomi yeni smartfonlarını təqdim etdi

Çində keçirilmiş tədbirdə "Xiaomi" şirkəti "Mi8" qabaqcıl smartfonunu və onun iki modifikasiyasını ("Mi8 SE" və "Mi8 Explorer Edition") təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, bütün modellər tam ölçülü displey və arxa paneldə ikiqat kameraya malikdir. Əsas model 2248x1080 piksel təsvir ölçülü 6,21 düymlük AMOLED displey, 6/8 QB-lıq əməli yaddaş, "Snapdragon 845" qabaqcıl prosessoru və 64/128/256 QB-lıq daxili yaddaşla təchiz edilib. Aparat daktiloskopik və biometrik sensorlara malikdir. Smartfona quraşdırılmış ikiqat kamera 12 meqapiksellik təsvir ölçüsünə malik iki sensordan ibarətdir.

Aparat 3500 milliamper/saat tutumlu "Quick Charge 4.0+" simsiz və sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorla təchiz edilib. "Android 8.1 Oreo" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonun platformasını "Android P"-yə yeniləmək mümkün olacaq.