"Apple"dan vacib yenilik


Digərləri 02 İyn 2018 08:05:00 230 0

"Apple"dan vacib yenilik

"Apple" mühəndisləri gələn həftə prezentasiyası gözlənilən yeni əməliyyat sistemində (iOS 12) istifadəçilərə elektron cihazlardan asılılıqla mübarizə aparmaq imkanı təqdim edəcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, söhbət "Digital Health" adı altında birləşdirilən alətlər toplusundan gedir. Bu alətlər "Apple" istifadəçilərinə imkan verəcək ki, öz cihazları, eləcə də müxtəlif proqram əlavələri (sosial şəbəkələr və s.) ilə nə qədər vaxt keçirdiklərini nəzarətdə saxlasınlar. iOS-in verdiyi bu imkanı "nastroyka"dan tapmaq olacaq.   

Yeni əməliyyat sisteminin təqdimatı iyunun 4-də San Xosedə keçiriləcək "Apple" tərtibatçılarının ümumdünya konfransında baş tutacaq. İstifadəçilər "iOS 12"ni sentyabrdan etibarən yükləyə biləcəklər. Digər özəllik budur ki, əməliyyat sistemi vasitəsilə istifadəçilər bir-biri ilə AR (əlavə reallıq) oyunlar oynamaq fürsəti qazanacaq.