Qida Təhlükəsizliyi Agentliyi yoxlamalara iyulun 1-dən başlayacaq


Digərləri 02 İyn 2018 07:45:00 210 0

Qida Təhlükəsizliyi Agentliyi yoxlamalara iyulun 1-dən başlayacaq

Qida Təhlükəsizliyi Agentliyi ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına iyulun 1-dən başlayacaq.

Bakı. İlhamə İsabalayeva - Qida Təhlükəsizliyi Agentliyi ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına iyulun 1-dən başlayacaq. Bu barədə Agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib. Agentlikdən qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezidentin fərmanı ilə təsdiq edilmiş əsasnamənin 1.1-ci bəndinə əsasən qurum qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir.