Sensor ekranlı MacBook satılacaq VİDEO


Digərləri 02 İyn 2018 07:22:00 321 0

Sensor ekranlı MacBook satılacaq   VİDEO

"YouTube" servisinin "ConceptsiPhone" kanalında 2020-ci ildə buraxılacaq "MacBook" və "iPad" qurğularından ibarət yeni hibridin görünüşünü nümayiş etdirən video yerləşdirilib.

Son.az ICTnews-a istinadən bildirir ki, qurğunun 360 dərəcə açılan iki hissədən ibarət olması onu noutbukdan hibrid planşetə çevirməyə imkan verir. Kompüter fiziki düymələrlə təchiz edilməyib və əyilə bilən bir böyük "OLED" ekrandan ibarətdir. Onun konstruksiyası sayəsində qurğunu noutbukdan planşetə və ya "iMac" monoblokuna ayırmaq olar. Video müəllifləri konsepti "MacPad Pro" adlandıraraq onun universallığını vurğulayırlar.

Xatırladaq ki, "Apple" şirkəti tərəfindən hibrid noutbukunun buraxılacağı ilə bağlı şayiələr ötən həftə yayılmağa başlayıb. Mənbələrin məlumatına görə, 2020-ci ildə şirkət sensor displey, SİM kart üçün çıxış və "ARM" mobil prosessoru ilə təchiz edilən "MacBook" noutbukunu təqdim edəcək. Qurğunun "iPhone" və ya "iPad" kimi "iOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi gözlənilir.