Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında V turun matçları keçiriləcək


Sosial 02 İyn 2018 06:56:04 299 0

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında V turun matçları keçiriləcək

​Matozinyuşda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında V turun matçları keçiriləcək.

“Report” xəbər verir ki, Azərbaycan yığması tur çərçivəsində Portuqaliyanın qonağı olacaq.

Matozinyuşda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü Xose Luis Arrarte Mira (İspaniya) və Pedro Pinto Lopes (Portuqaliya) idarə edəcəklər.

Qrupun digər oyununda isə Ukrayna Bolqarıstanı qonaq edəcək.

IV turdan sonra Bolqarıstan və Azərbaycanın 9, Ukraynanın 6 xalı var. Portuqaliya isə hələlik xal qazanmayıb.

Qızıl Avropa Liqası

A qrupu V tur

18:00. Portuqaliya - Azərbaycan

Hakimlər: Xose Luis Arrarte Mira (İspaniya), Pedro Pinto Lopes (Portuqaliya)