Gürcüstanın Cüdo Federasiyasının vitse-prezidenti saxlanılıb


Dünya 02 İyn 2018 04:19:51 287 0

Gürcüstanın Cüdo Federasiyasının vitse-prezidenti saxlanılıb

O, münaqişə zamanı odlu silahdan atəş açıb

Tbilisidə Gürcüstan Milli Cüdo Federasiyasının vitse-prezidenti Lomera Jorjoliani saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Maestro" teleşirkəti məlumat yayıb.

O, qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və gəzdirməkdə ittiham olunur. Bildirilir ki, Jorjoliani gürcü cüdoçu İosif Selaurinin yaralandığı münaqişədə iştirak edib.

"Patrul xidməti əməkdaşları dava iştirakçılarını ayıran zaman, onlardan biri odlu silahdan atəş açıb. Hadisə yerində qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və gəzdirmək ittihamı üzrə 33 yaşlı L.J. saxlanılıb", - deyə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.