Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, 1 nəfər ölüb, 6-sı yaralanıb - FOTO - SİYAHI - YENİLƏNİB - 2


Sosial 02 İyn 2018 00:50:00 314 0

Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, 1 nəfər ölüb, 6-sı yaralanıb - FOTO - SİYAHI - YENİLƏNİB - 2

Qəza Göytəpə şəhəri ərazisində baş verib

Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası nəticəsində yaralıların sayı 6 nəfərə çatıb.

“Report”un Cənub bürosu xəbər verir ki, onlardan ikisi Cəlilabad, digər 4-ü isə Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Qəza nəticəsində xəsarət alan Masallı rayon Bədəlan kənd sakinləri - 1995-ci il təvəllüdlü Səmədova Gülər Nadir qızı və 2017-ci il təvəllüdlü Səmədov Məhəmməd Afiq oğlu, həmçinin Masallı rayon Kolatan kənd sakinləri - 2003-cü il təvəllüdlü i Quliyev Akşin Ehtiram oğlu və 1998-ci il təvəllüdlü Əbülfəzzadə Şəfa Qasım qızı Masallı xəstəxanasına, 1987-ci il təvəllüdlü Cabbarova Günəş, eyni zamanda azyaşlı Sadıqova Səbiyyə Şəmşad qızı isə Cəlilabad xəstəxanasına çatdırılıb.

Masallıya aparılan yaralıların vəziyyətləri orta-ağırdır.

Ölən şəxs mikroavtobusun sürücüsü, Masallı rayon sakini Dadaşov İbrahim Dadaşbala oğludur. Onun meyitiMəhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***00:16

Cəlilabad. 2 iyun.