Əli Kərimli ətrafındakıların "başını yeyir" VİDEO


Siyasət 01 İyn 2018 23:58:00 308 0

Əli Kərimli ətrafındakıların "başını yeyir"  VİDEO

Ölkə daxilində olan az saylı tərfdarlarını yeyib bitirən Əli Kərimli indi də gözünü xaricdə yaşayan keçmiş cəhbəçilərə tikib. İndi radikal düşərgədə seçki ilindəki uğursuzfəaliyyətdən çox Kərimlinin yaxın ətrafına növbəti xəyanəti danışılır. Ona görə yox ki, seçkini boykot edən və sosial bazası olmayan partiyanın düşdüyü vəziyyət qaçılmaz idi. Əsas məsələ budur ki, Əli Kərimli uğursuzluğu ətrafındakılara hər zaman yetərli maliyyə imkanlarının olmadığı üçün təşkilatlana bilməməlri ilə izah edib. İndi isə məlum olub ki, qeyri qanuni yolla gəlsə belə sən demə yetərli maliyyə var imiş. Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov və digər şəxslər vasitəsi ilə hər ay Rusiyadan 30 min dolların Əli Kərimliyə çatdırılması faktının Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ifşa edilməsi bir çox mətləblərə aydınlıq gətirir.

Son.az bildirir ki, siyasi partiyaların xaricdən maliyyələşməsinin Azərbaycanın qanunvericiliyi ilə qadağan olunması, saxlanılan şəxlsər barəsindəki digər ittihamlar məsələnin hüquqi müstəvidə olan tərəfidir. Məsəlnin ikinci tərəfi isə silahdaşlarını qanunları pozmasına, azadlıqlarını riskə atmasına sövq edən Əli Kərimlinin onlara xəyanət etməsidir. Burada Əli Kərimlinin dırnağarası məharəti ondan ibarət olub ki, pulu göndərənləri bunun partiyanın məqsədləri üçün xərcləndiyinə, buradakı partiya üzvlərini isə maddi çətinliklərlə partiyanı idarə etdiklərinə inandıra bilib.Hələ bu azmış kimi, partiyanın saxlanlılması və tədbirlərin keçirilməsi adı altında üzvlərdən də pul yığılıb. Rusiyadan göndərilən pulun qeyri qanuni olduğunun fərqində olan həmin şəxslərin onun xərclənməsində Əli Kərimliyə inanmaqdan başqa çarəsi olmayıb. Əli Kərimli isə bu etimaddan maksimum istifadə edib.

Nəticə isə göz qabağındadır, Əli Kərimlinin boş ambisiyaları uğurunda qanunsuz fəaliyyəti gözə alan şəxslər indi dəmir barmaqlıqlar arxasındadır, ölkə daxilindəki azsaylı partiya üzvləri səfil sərkərdan vəziyyətdə hələ də Əli Kərimlinin boş vədlərini dinləyir.Kərimlilər ailəsi isə lüks həyat tərzi sürür. Oğlu Türkel Kərimli dünyanın ən bahalı şəhərində eyşi işrət məclisləri düzənləyir. Özü bahalı avtomobillərdə gəzir cangüdənlər saxlayır. Bu həqiqəti görənlər artıq Əli Kərimlidən üz döndərib. Vay o günə ki, Əli Kərimlinin ətrafındakı manqurtlaşmış 3-5 nəfər də ayıla. Bax onda Əli Kərimlinin qaçmaq üçün lüks maşına və qorunmaq üçün cangüdənə daha çox ehtiyacı olacaq. Hələ ki bunlar onun dəbdəbəli həyat tərzinin aksusesuarlarıdır. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: