Uşaqlar millət vəkillərini əvəz etdi VİDEO


Digərləri 01 İyn 2018 23:28:00 242 0

Uşaqlar millət vəkillərini əvəz etdi  VİDEO

Milli Məclisdə, qanunların qəbul edildiyi zalda bu dəfə millət vəkilləri yox, uşaqlar əylişib. Onlar milli məclisdə səs vermə zamanı isitfadə edilən avadanlıqların necə işlədyini öyrənib və məclisin iş fəaliyyəti ilə tanış olublar.

Son.az bildirir ki, 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Milli Məclisdə keçirilən tədbir maraqlı görüntülərlə yadda qalıb. Balacalara millət vəkillərinin hansı iş gördüyü izah edilib və milli məclis binasına ekskurisya təşkil edilib.

Daha sonra uşaqlarında iştirak ilə ''Mənim səsim-mənim hüquqlarım :parlamentdə müzakirə '' adlı dəyirmi masa təşkil edilib. Burada uşaqların sualları cavablandırılıb və onlara tövsiyyələr verilib.

Bundan başqa tədbirdə Dağlıq Qarabağ münaqişəsi haqqında da geniş məlumat verilib və ermənilərin törətdiyi vəhşiliklərdən danışlıb. Vurğulanıb ki, təkcə müharibə dövrü deyil, həm də atəşkəs elan edildikdən sonra da ermənilər Azərbaycanlı uşaqları qətlə yetiriblər.