Cənub Qaz Dəhlizi AzərbaycanABŞ münasibətləri strateji xarakter daşıyır VİDEO


Digərləri 01 İyn 2018 23:07:00 317 0

Cənub Qaz Dəhlizi  AzərbaycanABŞ münasibətləri strateji xarakter daşıyır  VİDEO

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılış mərasimində qeyd etmişdi ki, belə meqalayihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün deyildi. Digər mühüm enerji layihələrində olduğu kimi ABŞ Cənub Qaz Dəhlizinin reallşamasına siyasi və mənəvi dəstək göstərib. ABŞ prezidenti Donald Trampın prezident İlham Əliyevə göndərdiyi məktubda açıq aşkar qeyd edilib ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz hasilatı Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhvə verəcək.

Son.az bildirir ki, millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyir ki, bundan sonra da Azərbaycan-ABŞ əlaqələrinin inkişafi üçün geniş imkanlar var və hər iki tərəf bu imkanlardan maksimum faydalanmaqda maraqlıdır.

Millət vəkilinin sözlərinə görə, ABŞ-ın azərbaycanla münasibətlərinə önəm verməsinin bir səbəbi də azərbaycanın müstəqil siyasət yürütməsidir. Azərbaycanın həyata keçirdiyi xarici siyasət balansılı olması ilə fərqlənir. Bundan əlavə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı hər iki tərəfin qarşılıqlı maraqlarına yönəlib. Siyasi elmlər doktoru Elman Nəsirov hesab edir ki, öz iradəsi hesabına Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ilə Azərbaycan bir daha müstəqil siyasət yürütdüyünü sübut etmiş oldu.

Heç kəsə sirr deyil ki, amerikada azərbaycanı istəməyən, iki ölkənin münasibətlərinə xələl gətirmək istəyən həm erməni lobbisinin nümayəndələri, həm də amerikalı konqresmenlər var. Millət vəkili Elman Nəsirov deyir ki, ABŞ prezidentinin Azərbaycanı dəstəkələməsi sözügedən qüvvələrə tutarlı cavab oldu.