Detoks: sudan istiotadək


Digərləri 01 İyn 2018 23:10:00 274 0

Detoks: sudan istiotadək

Orqanizmin illərlə yığılmış zərərli maddələrdən təmizlənməsi detoks adlanır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bədənin təmizlənməsinin artıq çəkidən xilas olmaqda və özünü sağlam hiss etməkdə çox böyük əhəmiyyəti var.

Su detoks üçün ən yaxşı vasitə sayılır. Xüsusilə yay aylarında orqanizmin suya olan tələbatı daha da artır. Gün ərzində bədənin hər kiloqramına görə 30 qram su qəbul edilməsi vacibdir. Bədənin artıq piy qatı və toksinlərdən təmizlənməsi üçün su ilə yanaşı digər detoks proqramlarından da istifadə etmək olar.

Detoks bağırsaqların təmizlənməsi üçün çox yaxşı vasitədir və onun aparılması orqanizmin müqavimətini artırır, immun sistemini möhkəmləndirir. Bağırsaqların təmizlənməsi üçün xüsusi günlər seçərək həmin günlərdə yüksək kalorili, çox yağlı, duzlu və şirin qidalardan uzaq olmaq lazımdır. Hamilə qadınların və uşaqların detoks proqramından istifadə etməsi yalnız həkim məsləhəti ilə aparıla bilər. Uşaqlar üçün ən yaxşı detoks proqramı təmiz havada gəzmək və çoxlu su qəbul etməkdir.