Səfir: "Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir"


Siyasət 01 İyn 2018 23:14:00 265 0

Səfir: "Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir"

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İtaliyanın Azərbaycandaki səfiri Auqusto Massari, İtaliya Respublikasının 92 illiyinə həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib: "Bu gün biz İtaliyanın yaranmasının 92 illiyini qeyd edirik. Bir neçə gün əvvəl bizim azərbaycanlı dostlarımız Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini qeyd edirdilər. Bu tarixlərin yaxınlığı iki xalq arasında yaxınlığı simvollaşdırır".

Səfir qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: "Bunu 2018-ci ilin ilk beş ayının ticarət göstəriciləri təsdiq edir. Son altı ayda iki ölkənin xarici işlər nazirləri üç dəfə görüşüb".

Diplomat əlavə edib ki, azərbaycanlıların İtaliya mədəniyyətinə - ədəbiyyat, musiqi, kinematoqrafiya və memarlığa kifayət qədər marağı var: "İtaliya ali məktəblərində çoxlu sayda azərbaycanlı tələbələr təhsil alır".