Azərbaycan neftinin bir bareli 79 dolları ötüb


Digərləri 01 İyn 2018 23:15:12 234 0

Azərbaycan neftinin bir bareli 79 dolları ötüb

Azərbaycan neftinin bir bareli 79 dolları ötüb.

Bakı. Ənvər Məmmədov - CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 79,46 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,87 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 78,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.