İribuynuzlu heyvan öz sahibini vuraraq xəstəxanalıq edib


Digərləri 01 İyn 2018 23:04:00 311 0

İribuynuzlu heyvan öz sahibini vuraraq xəstəxanalıq edib

Salyan rayonunda iribuynuzlu heyvan öz sahibini vurub.

Son.az report.az-a istinadən bildirir ki, rayonun Sarvan kəndində 1982-ci il təvəllüdlü kənd sakini Əsədov Amid Fərəc oğlu sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralı Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Onun deməsinə görə, tövlədə iplə bağlanmış iribuynuzlu heyvanın ipini açmaq istəyən zaman onu vurub. Bu zaman əlindəki bıçaq sağrı nahiyəsinə girərək yaralayıb.

Faktla bağlı araşdırma aparılır.