Səfir: Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir


Digərləri 01 İyn 2018 23:00:12 247 0

Səfir: Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir.

Bakı. Fikrət Doluxanov - Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu İtaliyanın Azərbaycandaki səfiri Auqusto Massari, İtaliya Respublikasının 92 illiyinə həsr olunmuş tədbirdə deyib. Səfir bildirib: "Bu gün biz İtaliyanın yaranmasının 92 illiyini qeyd edirik. Bir neçə gün əvvəl bizim azərbaycanlı dostlarımız Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini qeyd edirdilər. Bu tarixlərin yaxınlığı iki xalq arasında yaxınlığı simvollaşdırır".