Sumqayıtda bədbəxt hadisə


Digərləri 01 İyn 2018 22:49:00 257 0

Sumqayıtda bədbəxt hadisə

Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhər ərazisində inşa olunan yaşayış binalarının birində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1955-ci il təvəllüdlü Teyyub Hüseynov fəhlə işlədiyi yaşayış binasından yıxılaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Sumqayıt şəhər morquna təhvil verilib.

Faktla bağlı baş vermiş hadisənin təfərrüatları araşdırılır.