4 milyon illik sirr çözüldü


Digərləri 01 İyn 2018 22:52:00 354 0

4 milyon illik sirr çözüldü

İnsanın təkamülü ilə bağlı əhəmiyyətli bir iddia ortaya atılıb.

Son.az xəbər verir ki, Tanzaniyada tapılan ayaq izlərinin araşdırılması zamanı ortaya çıxıb ki, əslində insanların iki ayaq üzərində dik gəzmə prosesi 3,6 milyon il öncə başlayıb.

İnsanın əcdadlarının iki ayağı üzərində dik gəzməsi və ya meymunlar kimi əyilərək hərəkət etməsi elm aləmini hər zaman məşğul edən suallardan biri olub.

ABŞ-ın San Dieqo şəhərində təşkil edilən Eksperimental Biologiya Konfransı çərçivəsində Amerika Anatomistlər Dərnəyinin illik toplantısında təqdim edilən bir araşdırmaya görə, insanın iki ayaq üzərində yeriməyə başlaması ehtimal olunandan daha qədimə aiddir.