Dahi həkimdən ürəyi qorumaq üçün maraqlı tövsiyyələr


Digərləri 01 İyn 2018 22:22:00 295 0

Dahi həkimdən ürəyi qorumaq üçün maraqlı tövsiyyələr

Dahi Şərq alim və həkimi İbn Sina (Avisenna) ürəyi bədənin əsas orqanı hesab edirdi.

Alimin fikrinə görə, ürəyə ziyan vuran əsas amillər bunlardır: çətinləşmiş nəfəsalma, iztirablar, sarsıntılar, ümidsizlik, yuxusuzluq və gərgin fasiləsiz iş.

İbn Sinanın ürəyin sağlamlığını qorumaq üçün verdiyi tövsiyələr bu gün də çox aktualdır. Son.az saglamolun.az-a istinadən dahi alimin bəzi məsləhətləri ilə sizi tanış edir.

1. Fiziki aktivliklə məşğul olun. Lakin bu aktivlik çox gərgin deyil, orta olmalıdır.

Müasir araşdırmalar da göstərir ki, ağır idman növləri ilə məşğul olmaq, uzunmüddətli ağır məşqlər ürək və damarlara ziyan vurur, əksinə isə daha sadə fiziki aktivlik (piyada gəzmək, üzgüçülük, velosiped sürmək və s.) ürək və damarların sağlamlığını qoruyur.

2. Sevin.

İbn Sina sevgini ürəyin sağlamlığı üçün çox vacib hesab edirdi.