Qəzza zolağı sərhədində toqquşmalar baş verib,


Dünya 01 İyn 2018 22:08:00 285 0

Qəzza zolağı sərhədində toqquşmalar baş verib,

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 21 yaşlı fələstinli qız həlak olub.

Son.az APA-ya istinadən bildirir ki, azı 100 fələstinli yaralanıb, onlardan 40-a yaxını güllə yarası alıb.

Bundan əvvəl Fələstinin Səhiyyə nazirliyi bildirib ki, martın 30-dan etibarən Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.