Pulları elə yerdə gizlətdi ki… başına iş gəldi Azərbaycanda VİDEO


Digərləri 01 İyn 2018 21:59:00 279 0

Pulları elə yerdə gizlətdi ki…  başına iş gəldi  Azərbaycanda  VİDEO

Oğrulardan qoruduğu pulu lüstrdə gizlədib, amma pul qəfil baş verən qısaqapanma nəticəsində yanaraq kül olub. Son.az bildirir ki, bu hadisə Cəlilabad rayon sakini Səbuhi Musayevin başına gəlib. O, illərdir əziyyət çəkərək 2 min manatdan bir qədər artıq pul yığıb. Çətinliklə topladığı pulu indiyədək oğrulardan qoruya bilib. Ancaq gözləmədiyi anda baş vermiş hadisə onun bütün əziyyətini sözün əsl mənasında kül edib...

Səbuhi Musayev deyir ki, oğruların əlindən məcbur qalıb pulu lüstrdə gizlətməli olub. Lakin qəfil baş verə biləcək bir hadisə ilə böyük əziyyətlə yığdığı pulun bir anda yox olacağı ağlına belə gəlməyib.

Yanmış pulların az bir qismini bank dəyişdirsə də, Səbuhi Musayev yerdə qalan 1640 manatı geri qaytara bilmir.