Küçələrdə keyfiyyətsiz gün eynəklərinin satışı qadağan oluna bilər Yeni qanun layihəsi


Digərləri 01 İyn 2018 22:04:00 244 0

Küçələrdə keyfiyyətsiz gün eynəklərinin satışı qadağan oluna bilər  Yeni qanun layihəsi

Küçələrdə heç bir nəzarət olmadan satılan keyfiyyətsiz gün eynəklərinin satışı məhdudlaşdırıla bilər.

Son.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, yaxın günlərdə bununla bağlı qanun layihəsi komitədə müzakirə olunacaq.

M.Quliyev bildirib ki, qanun layihəsinə əsasən, həm gün eynəkləri, həm də optik eynəklər mütəxəssislərin iştirakı ilə xüsusi mağazalarda satılacaq: "Layihəyə əsasən, eynək satılan mağazalarda həkim mütəxəssislər olacaq və onlar eynəyi müəyyən edəcəklər. Həmçinin eynəyin alınması, ölkəyə gətirilməsi, saxlanması, standartlara uyğun olub olmamasının müəyyən edilməsi ilə mütəxəssislər məşğul olacaq".