BƏƏdə 283 il həbs kəsildi


Dünya 01 İyn 2018 20:42:00 301 0

BƏƏdə 283 il həbs kəsildi

Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi məhkəməsi 28 nəfəri ümumilikdə 283 il müddətinə azadlıqdan məhrum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər elektron köçürmə yolu ilə bankların birindən 170 milyon dollardan çox məbləğin oğurlanmasında təqsirli bilinir.

Qeyd olunur ki, həbs olunanlar arasında Hindistan, Pakistan, ABŞ, Kanada və Rusiya vətəndaşları var.