Tanış olun: şahzadə xanımının tam oxşarı FOTO


Digərləri 01 İyn 2018 20:36:00 316 0

Tanış olun: şahzadə xanımının tam oxşarı  FOTO

Əvvəllər normal, adi həyat yaşayırdım. İndi isə hər şey dəyişib. İnsanlar məni "Meqanın əkizi" deyə çağırırlar.

ABŞ-ın Arizona ştatındakı Skottsdeyl şəhərinin sakini, 36 yaşlı Daniela Harris belə deyir. O, amerikalı aktrisa və model, Britaniya şahzadəsi Meqan Markla çox bənzəyir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, şahzadə Harri ilə Meqan arasında eşq mediaya bəlli olandan sonra Daniela da şəhərdə və sosial şəbəkələrdə tanınıb. Onu Meqan Markla səhv salan, küçədə yaxınlaşıb imza istəyənlər də var.

Daniella 2017-ci ilin yanvarında 38 yaşlı Vu Olsenlə ailə qurub.