"Ən azı 1800 daimi iş yerinin açılacağı gözlənilir"


Digərləri 01 İyn 2018 20:39:00 265 0

"Ən azı 1800 daimi iş yerinin açılacağı gözlənilir"

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi regionda əməkdaşlığın inkişafına, o cümlədən Asiya İnkişaf Bankının (AİB) üzv ölkələri üçün qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcək.

Son.az bildirir ki, bu barədə Trend-ə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov deyib.

O bildirib ki, AİB-in əsas vəzifələrindən biri enerji təhlükəsizliyinin təmin edilməsinə ehtiyacı olan ölkələr daxil olmaqla, üzvləri arasında regional əməkdaşlığa dəstək verməkdir:

"Cənub Qaz Dəhlizi" məhz bu vəzifələrə cavab verir. Hesab edirik ki, bu layihə dövlətlər üçün əlavə gəlir mənbəyi ola bilər, bu da sosial proqramların və iqtisadiyyatın şaxələndirilməsi üzrə yeni tədbirlərin həyata keçirilməsi üçün istifadə oluna bilər. Layihə başa çatandan sonra ən azı 1800 daimi iş yerinin açılacağı gözlənilir".