Qərb bölgəsinə güclü yağış və dolu yağıb, təsərrüfata ziyan dəyib - YENİLƏNİB - VİDEO


Sosial 01 İyn 2018 20:20:00 298 0

Qərb bölgəsinə güclü yağış və dolu yağıb, təsərrüfata ziyan dəyib - YENİLƏNİB - VİDEO

Dağ çaylarında suyun səviyyəsi qalxıb

Azərbaycanın qərb bölgəsinəyağan dolumeyvə ağaclarına və təsərrüfata ziyan vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, dağ çaylarında suyun səviyyəsi qalxıb.

Hazırda bölgədə yağıntılı hava şaraiti səngiyib.

*** 17:43

Azərbaycanın Qərb bölgəsində güclü yağış və dolu yağır.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonunda leysan yağış doluya çevrilib, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Analoji hava şəraiti Göygöl və Gədəbəy rayonlarında da müşahidə olunur. Həmçinin Gəncə, Şəmkir və Samux rayonunda küləklə müşahidə olunan leysan yağışlar yağır. Eyni zamandaQazax, Ağstafa, Tovuz rayonlarında da yağıntılı hava şaraiti davam edir.