Paytaxt küçələrində yeni panduslar quraşdırılacaq FOTO


Digərləri 01 İyn 2018 20:15:00 325 0

Paytaxt küçələrində yeni panduslar quraşdırılacaq  FOTO

Paytaxt küçələrində yeni panduslar quraşdırılacaq.

Son.az Trend-ə istinadən bildirir ki,  bu yay cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan pandusların quraşdırılması işləri də davam etdiriləcək.

O bildirib ki, pandusların tikintisi Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mühüm sosial əhəmiyyət kəsb edən layihənin bir hissəsidir: "Dövlət başçısının əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına xüsusi diqqət və qayğısının göstəricisi olan bu layihənin icrası Bakı Nəqliyyat Agentliyinə həvalə edilib. Bu layihə həm də şəhərin nəqliyyat imicinin əhəmiyyətli dərəcədə dəyişdirilməsi baxımından önəm kəsb edir. 2017-ci ilin dekabrından reallaşdırılan layihə çərçivəsində artıq paytaxtın əksər küçə və prospektlərində panduslar təşkil edilib, səkilərdə piyada keçidlərindən istifadəni stimullaşdıracaq dəmir məhəccərlər quraşdırılıb".


Xəbərə aid fotolar