“AtaBank” ASC reytinq şirkəti ilə əməkdaşlığı dayandırıb


Digərləri 01 İyn 2018 20:12:00 277 0

“AtaBank” ASC reytinq şirkəti ilə əməkdaşlığı dayandırıb

“FitchRatings” şirkəti ilə Bank arasında mövcud olan və müddəti sona çatan müqavilənin uzadılmamasına qərar verilərək əməkdaşlıq dayandırılıb.

Bakı. “AtaBank” ASC reytinq şirkəti ilə əməkdaşlığı dayandırıb. Bankdan Trend-ə verilən məlumatda bildirilir ki, kredit reytinqi əsasən xarici bazarlardan vəsaitlərin cəlb olunması zamanı investorlar tərəfindən tələb olunur. Bu gün daxili bazardan xarici bazarlarla müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan reytinqin saxlanılmasına ehtiyac qalmayıb. Bu səbəbdən də, “FitchRatings” şirkəti ilə Bank arasında mövcud olan və müddəti sona çatan müqavilənin uzadılmamasına qərar verilərək əməkdaşlıq dayandırılıb.