“Gənc Əkinçi” Akademiyasının növbəti mərhələsi başladı FOTO


Digərləri 01 İyn 2018 20:03:00 301 0

“Gənc Əkinçi” Akademiyasının növbəti mərhələsi başladı  FOTO

"İrəli" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Gənc Əkinçi" Akademiyasının 3-cü mərhələsinə start verib.

Son.az xəbər verir ki, Quba rayonunda həyata keçirilən layihənin açılış mərasimində "Gənc Əkinçi" Akademiyasının təqdimatı baş tutub. Daha sonra jurnalistlərin peşəkarlaşması istiqamətində jurnalistikaya dair fərqli mövzularda təlimlər keçirilib. Peşəkar ekspertlər tərəfindən keçirilən təlimlər layihəyə qatılan gənc jurnalistlərə gələcək fəaliyyətlərində böyük tövhə və təkan verəcək.

"Gənc Əkinçi" Akademiyasının məqsədi virtual məkanda  ölkə maraqlarının qorunması prosesinə gənc jurnalistlərin, sosial şəbəkə istifadəçilərinin, kütləvi informasiya agentliklərinin cəlb edilməsi, onlar arasında əlaqələrin möhkəmlənməsi, internet üzərində mövcud informasiya bazasının genişləndirilməsinə nail olmaqdır.

Təşkilatın mətbuat xidmətindən bildirilib ki, bu cür mötəbər tədbirlərin gənc jurnalistlərin həyat və yaradıcılığında böyük rol oynayacağına inanaraq "İrəli" İctimai Birliyi artıq 3-cü dəfədir ki, "Gənc Əkinçi" Akademiyasını həyata keçirir. Təşkilatın əsas məqsədi  odur ki, jurnalistlər peşəkarlıqlarına peşəkarlıq qatıb nəinki azərbaycanda, ölkə hüdudlarından kənarda da öz sözünü deyən KİV nümayəndələrinə çevrilsinlər və sağlam rəqabət aparma bacarığına sahib olsunlar.

Azərbaycanda gedən sürətli inkişaf prosesini işıqlandıran KİV nümayəndələri demək olar ki, dünyanın qabaqcıl KİV nümayəndələrindən heç də geri qalmır.


Xəbərə aid fotolar