Qadını döyərək evindən 9 min manat oğurlayan şəxs saxlanıldı


Digərləri 01 İyn 2018 19:50:00 248 0

Qadını döyərək evindən 9 min manat oğurlayan şəxs saxlanıldı

Qubada ötən ilin noyabrında törədilən quldurluq hadisəsinin üstü açılıb.

Son.az Trend-ə istinadən bildirir ki,  ötən il noyabrın 7-də Quba şəhər sakini C.Pirəliyeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib.

Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.