Bilik Fondu müxtəlif məkanlarda uşaqlara xoş gün yaşadıb (FOTO)


Digərləri 01 İyn 2018 19:36:00 343 0

Bilik Fondu müxtəlif məkanlarda uşaqlara xoş gün yaşadıb (FOTO)

Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü müxtəlif məkanlarda qeyd olunub.

Bakı. Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü müxtəlif məkanlarda qeyd olunub. Bilik Fondundan Trend-ə verilən məlumata görə, fondun əməkdaşları "Ümid İşığında" Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reabilitasiya kursu keçən uşaqlarla görüşüblər. Bayram münasibəti ilə balacalara sovqat təqdim olunub, nağıl kitabları hədiyyə edilib. Həmin gün Astara şəhərinin Heydər Əliyev parkında da tədbir təşkil olunub. İştirakçılar yerli Bilik Evinin “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Dərnəyin rəhbəri Cəmalə Məmmədova rəsmlər haqqında məlumat verib. Növbəti tədbir Fondun Abşeron rayon nümayəndəsi Teyyubə Hüseynovanın təşəbbüsü ilə onun direktor olduğu Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə gerçəkləşib. Təhsil ocağının VII-VIII sinif şagirdlərinin iştirak etdiyi tədbirdə Ombudsman Aparatının əməkdaşları – baş mütəxəssislər İlahə Əfqanlı və Murad Babayev uşaq hüquqları ilə bağlı qanunvericilikdə əksini tapan müddəalardan, bu sahədə hökumətin gördüyü işlərdən danışıblar.