Regional avtovağzallara pasportlar verilib FOTO


Digərləri 01 İyn 2018 19:26:00 235 0

Regional avtovağzallara pasportlar verilib  FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Quzanlı, Şamaxı, Sumqayıt avtovağzalları və Gəncə Beynəlxalq Avtovağzalına fəaliyyətlərini qanuni şəkildə davam etdirmək üçün pasport verib.

DANX-nin İctimaiyyətlə əlaqələr və analitik informasiya şöbəsindən Son.az-a verilən məlumata görə, Xidmət tərəfindən keçirilən toplantıda pasportlar avtovağzal rəhbərlərinə təqdim olunub.

Görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib ki, pasport avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilir.

O, qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) fəaliyyət kateqoriyasına uyğun rəsmi pasportu olmalıdır.