Xızıda raket tapıldı FOTO


Digərləri 01 İyn 2018 19:18:00 261 0

Xızıda raket tapıldı  FOTO

Bu gün Daxili İşlər Nazirliyinin "102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Xızı rayonu, Sitalçay kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Bu barədə Son.az-a ANAMA-dan məlumat verilib.

Məlumatlara əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar