Qubada qadını döyərək evindən 9 min manat oğurlayan şəxs saxlanılıb


Digərləri 01 İyn 2018 19:16:05 225 0

Qubada qadını döyərək evindən 9 min manat oğurlayan şəxs saxlanılıb

Faktla bağlı Quba RPŞ-nin İB-də araşdırmalar aparılır.

Bakı. Qubada ötən ilin noyabrında törədilən quldurluq hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, ötən il noyabrın 7-də Quba şəhər sakini C.Pirəliyeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib. Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.