Abramoviç Chelsea-ni satır


İdman 01 İyn 2018 18:34:00 321 0

Abramoviç Chelsea-ni satır

Roman Abramoviç sahibi olduğu Chelsea klubunu satmağı qərara alıb.

Goal.az "The Times" nəşrinə istinadən xəbər verir ki, rusiyalı biznesmen kluba xərclədiklərini geri almaq üçün onu 1.2 milyard avroya satmaq niyyətindədir. O, həmçinin Böyük Britaniyada yarım ilədək qalmasına imkan verən İsrail vətəndaşlığını aldıqdan sonra sərmayə vizasının uzadılmasına dair ərizəsini geri götürüb. 

Xatırladaq ki, Chelsea daha öncə tikilməsi planlaşdırılan stadionun layihələndirilməsini dayandırıb.