Aksiz markasız məhsulların satışı hallarının qarşısı alınır FOTO


Digərləri 01 İyn 2018 18:24:00 301 0

Aksiz markasız məhsulların satışı hallarının qarşısı alınır  FOTO

Vergilər Nazirliyi ölkə ərazisində alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışının həyata keçirilməsinin qarşısının alınması məqsədilə aparılan nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən Son.az-a verilən məlumata görə, son həftə ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 27 təsərrüfat subyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı 4.605 qutu aksiz markasız tütün məmulatları və 163 ədəd aksiz markası olmayan alkoqollu içkilər aşkar olunaraq götürülüb.

Müəyyən edilmiş faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanıb.


Xəbərə aid fotolar