“Klassik musiqi inciləri” layihəsi çərçivəsində konsert keçirildi


Kriminal 01 İyn 2018 18:18:00 347 0

“Klassik musiqi inciləri” layihəsi çərçivəsində konsert keçirildi

Mayın 31- də Beynəlxalq Muğam Mərkəzində  Beynəlxalq Muğam Mərkəzinin "Klassik musiqi inciləri" layihəsi çərçivəsində konsert keçirilib.

Mərkəzin səhnəsində layihə çərçivəsində ötən konsertdə rusiyalı skripkaçı Elina Drux möhtəşəm konsertlə çıxış etmişdi.

Konsertmeystr Arzu Səfərovanın müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüləri Aytən İbrahimova ,Zərrin Əliyeva,  Əməkdar artistlər Təranə Əliyeva, Ələkbər Ələkbərov, ifaçılar - Aytən İbrahimova, Rövşən Qurbanov, Mehri Əsədullayeva, Fərid Quliyev çıxış ediblər.

Konsertdə Niyazinin,S.Rüstəmovun,T. Bakıxanovun, A.Rzayevin, S. Əliyevanın, H. Rzayevin, V. Adıgözəlovun, N. Əliverdibəyovun  əsərləri səslənib.

Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr həyata keçirir ki, bunlardan da "Aşıq musiqisi axşamları","Sirlər xəzinəsi","Unudulmayanlar", "Yeni nəsil dəvət edir", "Dastanlar", "Muğamat var olan yerdə", "Muğam axşamları", "Vətənimdir Azərbaycan" adlı layihələri xüsusi ilə qeyd etmək lazımdır.

Qeyd edək ki, iyun ayında Bakı Summer Jazz day`s festivalına start verilir.

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində iyun ayının 4,5,7,8 - də  Bakı Summer Jazz day`s festivalı çərçivəsində möhtəşəm  konsertlər keçiriləcəkdir.