Barcelona sabiq futbolçusunu qaytara bilər


İdman 01 İyn 2018 18:14:00 298 0

Barcelona sabiq futbolçusunu qaytara bilər

Bayern Munchen-in yarımmüdafiəçisi Tyaqo Alkantara Barcelona-ya qayıda bilər. Goal.az xəbər verir ki, bunu katalon klubunun futbolçuları da istəyir. Onlar klubun prezidenti Xosep Bartomeudan Alkantaranı geri gətirməyi istəyiblər.

Tyaqo Bavariya-nın yeni baş məşqçisi Niko Kovaçın planlarına daxil deyil. 27 yaşlı futbolçu komandadakı statusundan da razı deyil. Onun transferi Barcelona-ya 50 milyon avroya başa gələ bilər.