Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının deputatı: "Müxalifət partiyalarının edə bilmədiyini sadə vətəndaş etdi"


Dünya 01 İyn 2018 17:16:52 383 0

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının deputatı: "Müxalifət partiyalarının edə bilmədiyini sadə vətəndaş etdi"

"Aksiyalar davam edəcək"

"Gürcüstanda uzun illərdir müxalifət partiyalarının edə bilmədiyini sadə bir vətəndaş edə bildi. O həm Gurcüstan baş prokurorunu istefaya göndərdi, həm baş naziri, həm də prezidenti aksiyaya gətirə bildi".

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasından olan deputat Roman Qoçeridze söyləyib.

Siyasətçi deyib ki, övladını itirmiş valideyin Zaza Saralidzenin başladığı aksiya siyasi aksiya deyil. Burada ədalətin bərpası tələb olunur: "Biz siyasi partiya liderləri və numayəndələri bu aksiyadan öz məqsədlərimiz üçün istifadə edə bilmərik. Biz, sadəcə, övladını itirmiş valideynlərə dəstək veririk".

R.Qoçeridzenin sözlərinə görə iki gundür davam edən aksiya hakimiyyəti ciddi narahat edib. Artıq məhkəmə iki azyaşlını qətlə yetirməkdə şübhəli bilinən şəxsləri 10 il 6 ay və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

"Lakin bu, hələ həqiqətin, ədalətin bərpası deyil və düşünürəm ki, aksiyalar davam edəcək" - deyə R.Qoçeridze vurğulayıb.